23 oktyabr 2026 10:51
139

Aİ sammitində heç bir məsələ üzrə razılıq əldə oluna bilməyib

Avropalı siyasətçilər keçən həftə Brüsseldə keçirilən sammitdə mühüm məsələlərin müzakirəsi zamanı səslərini ucaltmağa başlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla Avropanın "Politico" nəşri məlumat yayıb.

Qeyd olunur ki, siyasətçilər təxminən 2 trilyon avro həcmində olan Aİ büdcəsinin müzakirəsi və energetika sahəsindəki strategiya da daxil olmaqla, heç bir məsələ üzrə razılığa gələ bilmirlər. Mənbələrin sözlərinə görə, fikir ayrılıqları Aİ sammitində iştirakçıların qışqırıqlara keçməsinə səbəb olub.

Daha əvvəl "Politico" xəbər vermişdi ki, Avropa Şurasının sədri Antoniu Koşta keçən sammitdə enerji daşıyıcılarının qiymətləri və növbəti yeddi illik büdcə ilə bağlı danışıqlardan sonra Avropa İttifaqı liderlərinin tənqidi ilə üzləşib.