"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülür.
“İki sahil” xəbər verir ki, bu barədə sentyabrın 15-də Naxçıvanda yerli sahibkarların iştirakı ilə keçirilən müşavirədə bildirilib.
2026-cı ildən icrası nəzərdə tutulan layihəyə uyğun olaraq sahibkarlar 10 il müddətində tətbiq olunacaq güzəştlərdən yararlana biləcəklər.
Həmçinin muxtar respublika ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanacaq. Bu təşəbbüs bölgədə heyvandarlıq məhsullarının keyfiyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə əlverişli şərait yaradacaq.