22 sentyabr 2025 20:45
121

Çinin "Datang Overseas Investment Co" şirkətinin prezidenti ilə görüş keçirilib

Çinin "Datang Overseas Investment Co" şirkətinin prezidenti ilə görüşdə yaşıl enerji və sənaye sahələrində əməkdaşlıq müzakirə olunub.

“İki sahil” xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Çinin "Datang Overseas Investment Co" şirkətinin prezidenti Yuanlong Jou ilə görüşüb.

Görüşdə Azərbaycanın Çinlə iqtisadi-ticarət tərəfdaşlığına böyük önəm verdiyi vurğulanıb. Azərbaycanın əlverişli işgüzar mühiti, qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı istiqamətləri haqqında məlumat verilib, birgə fəaliyyət üçün geniş potensial diqqətə çatdırılıb.

Tərəflər yaşıl enerji, infrastruktur və sənaye sahələrində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.