23 sentyabr 2025 15:32
129

Atanas Zairov Bakı və İrəvan arasında avqustun 8-də imzalanmış bəyannaməni alqışlayıb

Bolqarıstanın Baş nazirinin müavini Atanas Zairov avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan tərəfindən imzalanmış birgə bəyannaməni alqışlayıb.

“İki sahil” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə A.Zairov bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla İrəvanda keçirilən görüşdə bildirib.

Danışıqlar zamanı tərəflər biznes forumların təşkilinin və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün addımların atılmasının vacibliyini vurğulayıblar.

Onlar, həmçinin Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığı və digər regional məsələləri müzakirə ediblər.