23 sentyabr 2025 16:07
113

Norveçdə Sinqapurdan olan turistlər saxlanılıb

Norveç polisi Oslodakı Akerhaus qalası üzərində pilotsuz uçan aparat uçuran sinqapurlu cütlüyü saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli VG nəşri məlumat yayıb.

50 və 60 yaşlı turistlər sentyabrın 22-də axşam saatlarında saxlanılıblar.

Turistlərdən müsadirə edilən dron əcnəbilərin dəqiq nəyi çəkdiyini müəyyən etmək üçün analizə göndərilib. Polis, cütlüyün Oslo hava limanı yaxınlığında görünən pilotsuz təyyarələrin buraxılışında iştirak etmədiyini güman edir.

Sentyabrın 23-nə keçən gecə Oslo hava limanı yerli hakimiyyət orqanlarının pilotsuz uçuş aparatları ilə bağlı xəbərdarlığı səbəbindən fəaliyyətini dayandırıb. Bundan bir neçə saat əvvəl oxşar hadisə Danimarkanın Kopenhagen hava limanında baş verib.