Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, digər nəqliyyat vasitələri üçün qəza şəraiti yarandığından və yük avtomobilinin yoldan götürülməsi məqsədilə metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Hazırda yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.