24 sentyabr 2025 11:28
102

Polşa Belarusu sentyabrın 25-dən sərhədi açacağı barədə məlumatlandırıb

Polşa sentyabrın 25-dən sərhədi açmaq niyyəti olduğu barədə Belarusu rəsmən məlumatlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Belarus Sərhəd Komitəsinin sosial şəbəkələrdəki məlumatında bildirib.

"Dövlət Sərhəd Komitəsinə Polşanın sərhəd mühafizəsindən Belarus vaxtı ilə sentyabrın 25-i gecə saat 1-dən Belarus-Polşa sərhədindəki keçid məntəqələrinin açılması barədə rəsmi məlumat daxil olub", - məlumatda qeyd edilib.