29 sentyabr 2025 18:33
97

İsveç və Fransa Danimarkaya PUA-lara qarşı mübarizə vasitələri göndəriblər

İsveç və Fransa 29 sentyabr-3 oktyabr tarixlərində Kopenhagendə keçiriləcək Aİ sammiti üçün Danimarkaya PUA-lara qarşı mübarizə vasitələri göndəriblər. Hərbi yardım məqsədilə hərbi qüvvələr, radar sistemləri və helikopter göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

İsveçin baş naziri Ulf Kristersson ölkədə keçiriləcək toplantını PUA-lardan qorumaq üçün PUA-lara qarşı mübarizə vasitələri göndəriləcəyini açıqlayıb.

Onlar Danimarka Silahlı Qüvvələri və polisi ilə birgə çalışacaqlar. Hərbçilər C-UAS sistemindən istifadə edərək pilotsuz təyyarələri zərərsizləşdirəcəklər,

Fransa Müdafiə Nazirliyi zirvəni qorumaq üçün 35 nəfərlik əks-dron bölməsi, bir "Fennec" helikopteri və “aktiv əks-dron imkanları” göndərəcək. Nazirlik bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb.