29 sentyabr 2025 19:56
120

Ağ evdə Trampla Netanyahu arasında görüş keçirilir

Ağ evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş keçirilir.

“İki sahil” xəbər verir ki, ABŞ Prezidenti Baş naziri Ağ evin qarşısında salamlayıb. Daha sonra tərəflər arasında görüş başlayıb.

Görüşdə Qəzzada müharibənin bitməsi ilə bağlı 21 maddəlik həll planının müzakirəsi gözlənilir. Həmçinin müzakirələrdə Fələstinin müstəqilliyini tanıyan ölkələrinin sayının artması fonunda ABŞ-ın İsrailə dəstəyi barədə danışılacağı nəzərdə tutulub. Sonda tərəflər mətbuat konfransı keçirəcəklər.