Çin Xalq Respublikasının yaranmasının ildönümü və Payız festivalı münasibətilə 7 günlük bayram tətilində 2 milyard 360 milyondan çox səfərin qeydə alınacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, Çinin Nəqliyyat Nazirliyi bütün növ nəqliyyat vasitələri, o cümlədən fərdi avtomobillərlə gün ərzində orta hesabla 295 milyon səfərin qeydə alınacağını, bu rəqəmin ötən illə müqayisədə 3,2 faiz çoxa olacağını proqnozlaşdırıb. Nazirlik bayram tətili günlərindən nəqliyyat sisteminin artan tələbatı ödəməsi üçün müvafiq hazırlıq işləri gördüyünü açıqlayıb.
Səyahətlərin təxminən 80 faizinin fərdi avtomobillərlə reallaşacağı gözlənilir. Avtomobillərlə səyahət edənlər magistral yollardan ödənişsiz istifadə edə biləcəklər. Hava nəqliyyatı ilə 20 milyona yaxın sıyahət gözlənilir ki, bu da əvvəlki illə müqayisədə 3,6 faiz artım demədkir.
Yerli səyahətlərlə yanaşı xarici ölkələrə, xüsusən də Yaponiya, Cənubi Koreya və Cənub-şərqi Asiya ölkələrinə turist səfərlərinin artacağı gözlənilir.
Qeyd edək ki, Çin Xalq Respublikasının yaranması günü (1 oktyabr 1949) münasibətilə oktyabrın 1-dən 8-dək qeyri-iş günləri elan edilib.