30 sentyabr 2025 11:05
110

İndoneziyada bina uçub, 100-ə yaxın şəxs xəsarət alıb

İndoneziyanın Sidoarco şəhərində internat məktəbin uçması nəticəsində 1 nəfər həlak olub, 98 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilir ki, binanın dağıntıları altında 7 nəfər var.

"7 nəfər sağdır onlarla əlaqə saxlanılır", - əyalət başçısının nümayəndəsi bildirib.

Dağıntılar altında qalan zərərçəkənlərin təxliyəsi üçün hadisə yerinə axtarış-xilasetmə qrupu göndərilib. Təxliyə üçün həmçinin onlarla təcili yardım maşını göndərilib.