30 sentyabr 2025 11:02
108

Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclası başlayıb

Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclası başlayıb.

“İki sahil” xəbər verir ki, spiker Sahibə Qafarova sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sədr bildirib ki, parlament ötən sessiyanı uğurla başa vurub, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülüb.

O xatırladıb ki, Milli Məclisin bu il üçün yaz və iki növbədənkənar sessiyası baş tutub:

"Son 3 sessiyada 22 iclas keçirilib, ümumilikdə, 110 qanun və qərar qəbul edilib. Sessiyalararası dövrdə isə 20 deputat 10 xarici ölkəyə 23 səfər edib. Onlar 5 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər. Sessiyalararası dövrdə həmçinin 23 ölkənin nümayəndə heyəti Milli Məclisdə olub".

Qeyd edək ki, bugünkü plenar iclasın gündəliyində 27 sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı və 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı daxil olmaqla, ümumilikdə, 12 məsələ yer alıb.

Xatırladaq ki, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.