30 sentyabr 2025 16:15
98

Danimarka özünü PUA-lardan qorumağa çalışır

Danimarka iki böyük ümumavropa tədbirinə ev sahibliyi edəcək: oktyabrın 1-də Aİ liderlərinin qeyri-rəsmi sammiti və ertəsi gün 47 üzv dövləti birləşdirən Avropa Siyasi Birliyinin sammiti.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Danimarka səlahiyyətliləri qonaqları artan narahatlıqla gözləyir. Səbəb ölkənin müxtəlif yerlərində naməlum pilotsuz təyyarələrin peyda olmasıdır və Avropa bunu Rusiyanın “hibrid müharibəsi”nin təzahürü kimi şərh edir. Pilotsuz təyyarələrlə mübarizə üçün ölkə ehtiyatda olan hərbçilərin səfərbər olunduğunu elan edib.

Danimarkaya yardım etmək üçün İsveç, Fransa, Almaniya və Böyük Britaniyadan hərbi mütəxəssislər və texnika göndərilir.

Avropa Şurasının iclası və ondan sonra keçiriləcək Avropa Siyasi Birliyinin sammiti ərəfəsində Danimarka hakimiyyəti misli görünməmiş təhlükəsizlik tədbirləri görüb.