01 oktyabr 2025 17:38
105

Britaniyada yerli müdafiə dəstələri yaradılacaq

Böyük Britaniyanın Müdafiə Nazirliyi İkinci Dünya Müharibəsi zamanı istifadə etdiyi yerli müdafiə dəstələrinin yaradılması taktikasının tətbiq etməyə hazırlaışır.

“İki sahil” xəbər verir ki, bu barədə Britaniyanın “The Herald” və “Daily Mail” qəzetləri məlumat yayıb.

Yerli müdafiə dəstələrinə veteranlar və ehtiyatda olan əsgərlərin daxil olacağı gözlənilir.

Bu taktikanın yenidən tətbiqi planları daha əvvəl bildirilmişdi. Konkret olaraq belə planlar Böyük Britaniyanın Baş naziri Keir Starmerin iyunun 2-də təqdim etdiyi Strateji Müdafiə İcmalında da yer alıb.

Bu plan Britaniya silahlı qüvvələrinin genişmiqyaslı yenidən silahlanmasını nəzərdə tutur.

Daily Mail qeyd edir ki, bölmələrə nə qədər keçmiş hərbçinin cəlb olunacağı hələlik məlum deyil.