01 oktyabr 2025 19:06
98

Tbilisidə vətəndaşları itaətsizliyə çağıran müxalifət lideri saxlanılıb

Tbilisi Şəhər Şurasında “Vahid Milli Hərəkat” partiyasının deputatı Zviad Kuprava saxlanılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə məlumat verilib.

DTX rəhbərinin birinci müavini Laşa Maqradze bildirib ki, istintaq materiallarına görə, 2025-ci il sentyabrın 30-da Zviad Kuprava sosial şəbəkələrdə vətəndaşları oktyabrın 4-də keçiriləcək seçkiləri pozmağa və mövcud hakimiyyəti devirməyə çağıran video yayımlayıb.

“Çağırışlarının cinayət mahiyyətini ört-basdır etmək və müvafiq məsuliyyətdən yayınmaq üçün o, seçkiləri Rusiyanın xüsusi əməliyyatı, seçki məntəqəsini xüsusi əməliyyat yeri, hökuməti isə İvanişvili adlandırıb. Bu da təbii ki, Gürcüstan Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əməlin cinayət olduğunu istisna etmir”, - deyə Maqradze bildirib.

Onun sözlərinə görə, Z.Kuprava həbs olunarkən DTX nümayəndələrinə müqavimət göstərib.