01 oktyabr 2025 18:16
93

Ermənistan beş ölkə ilə yeni nüvə enerji blokunun tikintisi variantlarını müzakirə edir

Ermənistan beş ölkə - ABŞ, Çin, Cənubi Koreya, Fransa və Rusiya ilə yeni nüvə enerji blokunun (kiçik modullu reaktor) tikintisi variantlarını müzakirə edir.

“İki sahil” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.

Onun sözlərinə görə, danışıqların əsasında geosiyasət yox, iqtisadi səmərəlilik və təhlükəsizlik məsələləri dayanır.

"Biz yaxın 1-2 il ərzində qərar qəbul etməli və saziş imzalamalıyıq. Bu qərarın qəbul edilməsi və sazişin imzalanması geosiyasi, xarici siyasi kontekstə malik olmayacaq. Bizə kiçik nüvə reaktoru lazımdır və biz onu ən yaxşı qiymətə almaq istəyirik", - o bildirib.