01 oktyabr 2025 23:28
97

"Qarabağ" - "Kopenhagen" oyununun ən yaxşı futbolçusu bəlli olub

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilmiş "Qarabağ" - "Kopenhagen" oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, Azərbaycan təmsilçisinin heyətində Elvin Cəfərquliyev bu ada layiq görülüb.

Qeyd edək ki, "Qarabağ" rəqibini iki cavabsız qolla üstələyib.