“Çox qürurluyam. Bəlkə də yatsam, yuxuma girməzdi. İnanmazdım ki, Çempionlar Liqasının hansısa matçında ən yaxşı oyunçu seçilərəm”.
“İki sahil” xəbər verir ki, bu sözləri “Qarabağ”-“Kopenhagen” matçının oyunçusu seçilən Elvin Cəfərquliyev deyib:
“Oyun çətin keçdi, bunu bilirdik. Həddindən artıq güclü komandaya qarşı oynadıq. Özümüzə inanırıq, bununla kifayətlənmək olmaz. Bundan sonrakı matçlarda da özümüzə inanırıq”.