03 oktyabr 2025 08:02
93

Çexiyada parlament seçkiləri başlayır

Oktyabrın 3-də və 4-də Çexiyada Deputatlar Palatasına seçkilər keçiriləcək.

“İki sahil” xəbər verir ki, seçki məntəqələri oktyabrın 3-də yerli vaxtla saat 14:00-dan 22:00-dək, oktyabrın 4-də isə yerli vaxtla səhər saat 8:00-dan 15:00-dək açıq olacaq.

Deputatlar 200 yerlik parlamentin aşağı palatasına proporsional nümayəndəlik əsasında dörd il müddətinə seçilirlər.