Rusiyanın sərhədində yerləşən Finnmark şəhərində təlim zamanı itkin düşən norveçli əsgərlər tapılıb.
“İki sahil” xəbər verir ki, bu barədə TV2 telekanalı məlumat yayıb.
Məlumata əsasən, təxminən saat 07:00-da bir neçə əsgər şosedəki nəzarət-buraxılış məntəqəsinə çatıb. Digərləri isə sonradan Finlandiya-Norveç sərhəd bölgəsinə çataraq əlaqə yaradıblar. Silahlı qüvvələrin nümayəndələri əsgərləri oradan götürmək üçün yola çıxıblar.
"Bütün əsgərlər tapılıb", - məlumatda qeyd olunub.
***
Rusiyanın Murmansk vilayəti ilə həmsərhəddə təlimlər zamanı beş Norveç əsgəri itkin düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə TV2 polisə istinadla məlumat yayıb.
Əməliyyat qərargahının rəisi Haukland Hansen bildirib ki, əsgərlər görüş vaxtını səhv başa düşmüş və ya gecikmiş ola bilər.
O əlavə edib ki, ilkin olaraq 10 əsgər itkin düşüb, onlardan 5-i axtarış-əməliyyatı zamanı tapılıb.