03 oktyabr 2025 08:52
140

Qətərə hücum ABŞ tərəfindən öz təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək - Tramp fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp ABŞ-ı Qətərə hücum halında müdafiə etməyə məcbur edən fərman imzalayıb.

İki sahil” xəbər verir ki, sənəd Ağ Evin rəsmi saytında dərc olunub. Bu qərar Yaxın Şərqdəki gərginlik və İsrailin Qətərin paytaxtı Dohaya son hücumu fonunda qəbul edilib.

Fərmana əsasən, Qətərin ərazisinə, suverenliyinə və ya kritik infrastrukturuna hər hansı silahlı hücum ABŞ tərəfindən öz təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək.

Belə bir hücum olarsa, Amerika Birləşmiş Ştatları öz maraqlarını qorumaq üçün bütün qanuni və müvafiq tədbirləri - diplomatik, iqtisadi və lazım gələrsə, hərbi tədbirləri görəcək”, - sənəddə deyilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”