ABŞ-ın İmmiqrasiya Xidməti (İCE) federal hökumətin işini dayandırmasına baxmayaraq, Çikaqoda fəaliyyətini davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə İllinoys ştatından senator Qrasiela Quzman bildirib.
"Belə başa düşürəm ki, hökumətin bağlanması ilə belə, onlar vacib işçilər hesab olunurlar. Bu barədə düşünəndə, gördükləri işin nəhəngliyi artır", - Quzman deyib.
İllinoys senatoru əlavə edib ki, ICE-nin maliyyəyə məhdudiyyətsiz çıxışı təmin edərkən bir sıra vacib sosial xidmətlərin təhlükə altında olduğu vəziyyət "ağılsızlıqdır".