Bakıda Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu işə başlayıb.
“İki sahil” xəbər verir ki, forumda millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun nümayəndələri iştirak edirlər.
Tədbirdə Dövlət Agentliyinin sədri Elnur Bağırovla yanaşı iqtisadiyyat naziri Mikayıl Cabbarovun, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışları nəzərdə tutulub.
Forum müasir rəqabət çağırışlarının müzakirəsində önəmli dialoq platforması kimi təqdim olunur. Tədbirdə rəqabət siyasətinin iqtisadi inkişafda rolu, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi və onların ictimai faydası mövzusunda geniş fikir mübadiləsi aparılır.
Samir Rzayev: Belqrad istiqaməti sərnişinlərə Cənub-Şərqi Avropa regionuna daha əlçatan bağlantılar təqdim edir
“Air Serbia”nın baş direktoru: Bakı-Belqrad reysləri regional hava nəqliyyatında yeni imkanlar açır
“Air Serbia”nın Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb
Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır