Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 734,491 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“İki sahil” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 5,9 % çoxdur.
Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.
Təkcə sentyabrda isə Türkiyədən Azərbaycana 177,734 milyon ABŞ dolları dəyərində mal ixrac edilib ki, bu da illik müqayisədə 12,8 % azdır. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 0,9 %-i qədər olub.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 4,7 % artaraq 173 milyard 714,770 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya 14,821 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 9,9 % çox), Böyük Britaniya 10,244 milyard ABŞ dolları (+8,5 %), ABŞ 9.639 milyard ABŞ dolları (-1,5 %) və İtalya 9,218 milyard ABŞ dolları (+7 %) həyata keçirib.