04 oktyabr 2025 13:50
136

Sumqayıtda sürücü sükan arxasında ölüb, qəza olub

Sumqayıtda sürücü sükan arxasında ölüb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Rauf Əliyev idarə etdiyi avtomobilin sükanı arxasında olarkən qəfil halı pisləşib və ürək fəaliyyəti dayanıb.

Nəticədə idarəetmədən çıxan avtomobil qarşıda hərəkətdə olan "Opel" markalı nəqliyyat vasitəsinə çırpılıb.