Gürcüstanda davam edən bələdiyyə seçkilərində hakim "Gürcü arzusu" partiyası 60 %-dən çox səs toplayacaq, müxalifətin isə qələbəyə ümidi yoxdur.
“İki sahil” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
"Bizim gözləntilərimiz və reytinqlərimiz göstərir ki, "Gürcü arzusu" həm Tbilisidə, həm də ölkənin bütün sakrebulolarında (şəhər məclislərində) səslərin 60 %-dən çoxunu alacaq. Müxalifətin qələbəyə ümidi yoxdur və buna görə də onun tərəfdarlarının motivasiyası zəifləyib", - o deyib.