04 oktyabr 2025 15:32
107

Niderlandın Sxiphol hava limanında fırtına səbəbindən onlarla reys təxirə salınıb

Oktyabrın 4-də Niderlandın paytaxtı Amsterdamın Sxiphol hava limanında "Emi" fırtınasının yaxınlaşması səbəbindən azı 80 eniş və 70-dən çox uçuş ləğv edilib.

“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, Avropanın ən böyük hava qovşaqlarından birinin mətbuat xidməti həmçinin kəskin hava şəraiti ilə əlaqədar bir neçə reysdə gecikmə olacağı barədə də məlumat yayıb.

Ləğv edilən uçuşların əksəriyyəti "AirFrance-KLM"in (AIRF.PA) Niderlanddakı törəmə şirkəti olan KLM tərəfindən həyata keçiriləcəkdi. KLM artıq öz saytında fırtınanın bazar günü də ölkə daxilində hərəkət edəcəyinə görə mümkün gecikmələr və reyslərin ləğvləri barədə xəbərdarlıq edib.

Niderland Kral Meteorologiya İnstitutu (KNMI) "Emi" fırtınası ilə əlaqədar xəbərdarlıq edib. Belə kiu, küləyin sürətinin sahildə 90 km/saata, ölkənin mərkəzi və daxili bölgələrində isə 75 km/saata çatacağı gözlənilir.