04 oktyabr 2025 14:41
120

İsveçdə atışma zamanı altı nəfər yaralanıb

Şənbə günü gecə İsveçin Gövle şəhərinin mərkəzində atışma baş verib, 6 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, azyaşlılar da daxil olmaqla, bütün yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti hələ ki, məlum deyil.

Polis atəş açmaqda şübhəli bilinən 15 yaşdan kiçik yeniyetməni saxlayıb. Hadisə adam öldürməyə cəhd kimi qiymətləndirilir.

Hüquq-mühafizə orqanları hələ ki, onun hər hansı qruplaşma ilə mümkün əlaqəsini təsdiqləməyib, lakin ictimaiyyət üçün heç bir təhlükə olmadığı bildirilir. Hadisə yerində xeyli sayda polis var, cinayətin motivi və insidentdə başqalarının iştirakı ilə bağlı araşdırma aparılır.