Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər başa çatıb.
“İki sahil” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, saat 17:00-a seçici fəallığı 33,5% təşkil edib.
Məntəqələrin bağlanmasından sonra məntəqə seçki komissiyalarının rəhbərləri MSK-ya yekun protokolları göndərəcəklər, bundan sonra seçki komissiyası ilkin məlumatları açıqlayacaq. Yaxın saatlarda exi-polların nəticələrinin açıqlanması gözlənilir.
Gürcüstan sakinləri ölkənin 64 bələdiyyəsində, o cümlədən Tbilisidə merləri və qanunverici məclisə üzvlər seçirlər. Gürcüstanda 3,5 milyondan çox vətəndaş səsvermə hüququna malikdir. Ümumilikdə 3 061 məntəqə açılıb.