04 oktyabr 2025 23:59
121

Misir XİN: HƏMAS və İsrail arasında danışıqlar oktyabrın 6-da baş tutacaq

Oktyabrın 6-da Misirdə İsrail və Fələstinin HƏMAS hərəkatı arasında danışıqların yeni raundu keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Oktyabrın 6-da Misirdə HƏMAS və İsrail nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar keçiriləcək. Tərəflər ABŞ Prezidenti Donald Trampın planına (Qəzza zolağında münaqişənin həlli üçün - red.) uyğun olaraq israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi üçün şərait yaradılmasını müzakirə etməyi planlaşdırır", - XİN-in Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.