04 oktyabr 2025 22:35
112

ABŞ-ın Texas ştatında atışma baş verib

Texasın Anqlton şəhəri ətrafında yük maşınları üçün dayanacaqda baş verən atışma iki uşağın ölümü ilə nəticələnib, daha iki nəfər xəsarət alıb.

“İki sahil”in "ABC News"a istinadən verdiyi məlumata görə, bu barədə Brazoria dairəsinin şerif aparatı "Facebook"da məlumat yayıb.

"İlkin məlumata görə, 13 və 4 yaşlı iki uşaq həlak olub, 8 və 9 yaşlı daha iki uşaq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri ağırdır", - bəyanatda qeyd olunur.

Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları atəş açmaqda şübhəli bilinən qadını saxlayıb. Hadisənin təfərrüatları araşdırılır.