“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri növbəti dəfə zədələnib.
“İki sahil” xəbər verir ki, ispaniyalı futbolçu Premyer Liqanın 7-ci turunda “Brentford”la keçirilən qarşılaşmada (1:0) start heyətində meydana çıxıb.
Lakin o, matçın 19-cu dəqiqəsində meydanın mərkəzində top uğrunda mübarizə zamanı zədə alaraq oyunu davam etdirə bilməyib.
29 yaşlı oyunçunun əvəzinə Niko Qonsales meydana daxil olub.
Xatırladaq ki, Rodri ötən mövsümdə də dizindən aldığı ağır zədə səbəbindən uzun müddət forma geyinə bilməmişdi.