Fransa millisinin futbolçusu Kilian Mbappe zədəli olmasına baxmayaraq, yığmanın düşərgəsinə qoşulmağa hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat yayıb.
Hücumçunun sağ topuğundakı zədə ağırlaşıb. Lakin forvard milliyə qoşulmağı planlaşdırır.
Onun çıxış etdiyi İspaniyanın "Real" klubu isə buna qarşıdır və Mbappenin sağalması üçün Madriddə qalmasında israr edir.
Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 10-da Azərbaycan yığması, üç gün sonra İslandiya ilə üz-üzə gələcək.