06 oktyabr 2025 15:49
107

Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

Xaçmaz rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

“İki sahil” xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun 29-cu km-də - rayonun Müşkür kəndindən keçən hissəsində qeydə alınıb.

Ceyhun Həsrətov "Prius"markalı minik avtomobili ilə hərəkətdə olarkən əks istiqamətdə Elman Abdulkərimovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpılıb.

Qəza zamanı hər iki sürücü və sərnişin Zümrüd Abdulkərimova xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.