06 oktyabr 2025 16:49
112

XI Bakı Beynəlxalq Kitab Sərgisinin altıncı günü bir sıra tədbirlərlə davam edir

XI Bakı Beynəlxalq Kitab Sərgisinin altıncı günü bir sıra tədbirlərlə davam edir. Milli Məclisin deputatları Ziyafət Əsgərov, Vüqar Rəhimzadə, Siyavuş Novruzov və Elnarə Akimova sərginin media tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) stendini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, görüş zamanı qonaqlara agentliyin fəaliyyəti, həyata keçirdiyi layihələr və informasiya məkanında oynadığı mühüm rol barədə ətraflı məlumat verilib.

Deputatlar AZƏRTAC-ın sərgidə təqdim etdiyi nəşrlərlə, eləcə də müasir media texnologiyalarının tətbiqi istiqamətində görülən işlərlə yaxından tanış olublar.