Bu gün Parisdə Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Kaya Kallas, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İordaniyanın xarici işlər nazirlərinin iştirakı ilə görüş keçiriləcək.
“İki sahil” xəbər verir ki, görüş Fransanın xarici işlər naziri Jan Noel Barrotun dəvəti əsasında baş tutacaq.
Nazirlər əldə edilmiş razılaşmadan sonra Qəzzada müharibənin dayandırılması ilə bağlı ABŞ-nin sülh planının həyata keçirilməsini müzakirə edəcəklər.