10 oktyabr 2025 14:52
131

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib

İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

“İki sahil” yarışın rəsmi saytına istinadən xəbər verir ki, ayın ən yaxşısı "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holann seçilib.

O, sentyabrda meydana çıxdığı üç oyunda beş qola imza atıb.

Qeyd edək ki, 2022-ci ilin yayından Mançester təmsilçisinin formasını geyinən E.Holann cari mövsümdə meydana çıxıdığı 7 görüşdə 9 qol vurub. "Mançester Siti" hazırda Premyer Liqanın turnir cədvəlində 13 xall beşinci pillədə qərarlaşıb.