10 oktyabr 2025 16:10
130

İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı baş məşqçisi müəyyənləşib

İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı baş məşqçisi müəyyənləşib.

“İki sahil” yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner ən yaxşı seçilib.

Avstriyalı mütəxəssis İngiltərə Premyer Liqasında bu mükafata ilk dəfə sahib çıxıb. O, həmçinin bu çempionatda 5 ildən sonra bu mükafata layiq görülən ilk avstriyalı mütəxəssis olub. Buna qədər 2020-ci ilin iyulunda ayın ən yaxşı baş məşqçisi Ralf Hasenhuttl seçilib.

Qeyd edək ki, "Kristal Pelas" ötən ay keçirdiyi oyunlarda uduzmayıb.