12 oktyabr 2025 22:22
122

Vens: ABŞ-ın Qəzzaya və ya İsrailə qoşun yeritmək planı yoxdur

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağına və ya İsrailə qoşun yerləşdirməyi planlaşdırmır və mətbuatda onun 200 əsgər göndərməyə hazırlaşdığı barədə xəbərləri təkzib edir.

“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "ABC News" telekanalına müsahibəsində deyib.

Vens xatırladıb ki, ABŞ Mərkəzi Komandanlığının artıq bölgədə atəşkəs rejiminə nəzarət edəcək və humanitar yardım axınını təmin edəcək personalı var.

"Bizim bu bölgədə sülh təklifinin müəyyən aspektlərinə nəzarət edəcək insanlar var, lakin prezidentin İsrailə qoşun yeritmək planı yoxdur", - ABŞ vitse-prezidenti vurğulayıb.

O əlavə edib ki, İndoneziya da daxil olmaqla bir neçə böyük müsəlman ölkəsi atəşkəsi qorumaq və anklavda təhlükəsizliyi təmin etmək üçün Qəzza zolağına öz qoşunlarını yerləşdirməyə hazır olduqlarını bildiriblər.