13 oktyabr 2025 02:48
113

Tramp İsrailə yola düşüb

ABŞ Prezidenti Donald Tramp İsrailə yola düşüb.

“İki sahil” xəbər verir ki, o, oktyabrın 13-də Təl-Əvivdə azad edilməsi planlaşdırılan girovlar və ailələrlə görüşəcək. Daha sonra ABŞ Prezidentinin Knessetdə çıxışı nəzərdə tutulub.

Ardınca o, Misin Şarm-əl-Şeyx şəhərinə yollanacaq və Yaxın Şərq Sülh Sammitində iştirak edəcək.

Səfər həmin gün başa çatacaq.