13 oktyabr 2025 10:17
137

Qəbələdə avtomobil qadını vuraraq öldürüb

Qəbələdə avtomobilin vurduğu piyada ölüb.

“İki sahil” xəbər verir ki, Bakı şəhər sakini Zeynalov Rəşan İlkin oğlu idarə etdiyi "Hundai Veracruz" markalı avtomobillə piyada Bəkirova Yaqut Orucalı qızını vurub.

Qadın aldığı xəsarətlərlə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına köçürülüb. Həkimlərin səyinə baxmayaraq Yaqut Bəkirova orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.