13 oktyabr 2025 16:20
125

Azərbaycanın qadın FIFA referisi seçmə mərhələnin 3 oyununa təyinat alıb

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan yeni təyinat alıb.

“İki sahil” AFFA-dan verilən məlumata istinadən xəbər verir ki, o, 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupu çərçivəsində keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də Albaniya – İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya – Albaniya görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.