13 oktyabr 2025 17:01
118

ABŞ Çin mallarına 100% gömrük rüsumlarının tətbiqini təxirə salır?

ABŞ Maliyyə Naziri Scott Bessent deyib ki, iki tərəfin ticarət məsələlərini müzakirə etməsinə imkan vermək üçün Çin mallarına 100% rüsum tətbiq etməyi təxirə sala bilər.  Bundan əvvəl ABŞ prezidenti Donald Tramp noyabrın 1-dən tarifləri artıracağını açıqlamışdı.

“İki sahil” xəbər verir ki, o, bu barədə "Fox Business"ə müsahibəsində bildirib.

"Mən inanıram ki, Çin bu məsələni müzakirə etməyə açıqdır və əgər olmasa, bizim istifadə edə biləcəyimiz rıçaqlarımız var" - deyə, o bildirib.

Skott Bessent Cənubi Koreyada keçiriləcək APEC sammitində Donald Trampın Çin sədri Si Cinpinlə görüşünün hələ də baş tutacağına ümidedir.

Çin idxalına əlavə rüsumların elan edildiyi gün Amerika prezidenti bildirib ki, o, artıq görüşün keçirilməsində məqsəd görmür. O, bunu Çin rəhbərliyinin xaricdə, o cümlədən nadir torpaq metalları bazarında aktivlərin idarə edilməsi siyasəti ilə əlaqələndirib.