Kreml Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın telefon danışığı ilə bağlı lazım bildiyi bütün məlumatları verib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, bu sözləri iki liderin söhbətində həqiqətən də Ukraynadakı münaqişənin həlli üçün ərazi mübadilə formulunun qeyd olunub-olunmaması ilə bağlı suala cavab olaraq deyib.
"Biz bu telefon danışığı ilə bağlı vermək istədiyimiz bütün məlumatları vermişik. Bizim xəbər verəcək daha heç nəyimiz yoxdur", - o qeyd edib.