UEFA Çempionlar Liqasında 3-cü tur başlayır.
“İki sahil” xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyun günündə 9 matç baş tutacaq.
İki görüş Bakı vaxtı ilə saat 20:45-də, qalanları 23:00-da start götürəcək.
Günün mərkəzi qarşılaşmasında İngiltərə Premyer Liqasının lideri "Arsenal" İspaniya nəhəngi "Atletiko" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Bundan başqa, Bundesliqa təmsilçisi "Bayer Leverkuzen" ÇL-in son qalibi PSJ-ni qonaq edəcək.
Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" 3-cü tur çərçivəsində səfərdə "Atletik Bilbao" ilə qarşılaşacaq. Oyun sabah İspaniyada baş tutacaq və 20:45-də başlayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
21 oktyabr
20:45. Kayrat (Qazaxıstan) – Pafos (Kipr)
20:45. Barselona (İspaniya) – Olimpiakos (Yunanıstan)
23:00. PSV (Niderland) – Napoli (İtaliya)
23:00. Arsenal (İngiltərə) - Atletiko Madrid (İspaniya)
23:00. Nyukasl (İngiltərə) - Benfika (Portuqaliya)
23:00. Villarreal (İspaniya) - Mançester Siti (İngiltərə)
23:00. Union (Belçika) – İnter (İtaliya)
23:00. Bayer Leverkuzen (Almaniya) – PSJ (Fransa)
23:00. Kopenhagen (Danimarka) – Borussiya Dortmund (Almaniya)