“Araz-Naxçıvan” futzal komandası qapıçısı Emin Kürdovla yeni müqavilə imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a muxtar respublika təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
O, 41 yaşlı qolkiperin daha 1 il Naxçıvan klubunda çıxış edəcəyini bildirib.
Qeyd edək ki, Emin Kürdov Azərbaycan millisinin də formasını geyinir. Təcrübəli qapıçı 2004-cü ildən yığmanın şərəfini qoruyur.