31 oktyabr 2025 16:03
126

Aqrar sığorta Qarabağda: Xocalı rayonunda fermerlərə aqrar sığorta təlimi keçirilib

Azərbaycanın işğaldan azad edilmiş bölgələri yeni sakinlərtərəfindən məskunlaşdıqca burada həyat canlanır, insanlardoğma torpaqlarında quruculuq, təsərrüfat fəaliyyətinə başlayırlar. Bir qədər əvvəl Xocalı rayonun yenicə məskunlaşdırılmış Ballıca və Xanyurdu kəndlərinin sakinlərinə torpaq sahələri ayrılaraq kənd təsərrüfatı ilə məşğul olmaq şəraiti yaradılıb. 

“İki sahil” xəbər verir ki,  bu prosesin davamı olaraq Aqrar Sığorta Fondu tərəfindən Ballıca vçə Xanyurdu kəndlərinin sakinləri üçün aqrar sığorta təlimi keçirilib. 

Aqrar Sığorta Fondu tərəfindən Ballıca kəndində təşkil ediləntəlimdə hər iki kəndin 40-a yaxın sakini, fermerlər, kooperativrəhbərləri və üzvləri iştirak ediblər.  Görüşdə yerli sakinlər təsərrüfatla məşğul olmaq planlarınıbölüşüb, tarla bitkiləri əkmək, meyvə bağı salmaq, heyvandarlıqtəsərrüfatı yaratmaq istədiklərini bildiriblər.  Fond nümayəndələri aqrar sığorta mexanizmi, onun işləməprinsipi, təsərrüfatları hansı formada qoruması, Qarabağdasığorta imkanları  barədə geniş təqdimatla çıxış ediblər.  Fermerlərə aqrar sığortanın əhatə etdiyi bitkilər və hadisələrbarədə məlumat verilib, bildirilib ki, aqrar sığorta əkin sahələrinibütün əsas risklərdən – fırtına, qasırğa, sel-subasma, dolu, leysan, normadan artıq qar yağması, şaxtavurma, vəhşiheyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallardanqoruyur.  Eyni zamanda aqrar sığorta vasitəsilə kənd təsərrüfatıheyvanlarını – iri və xırda buynuzlu heyvanları yolucuxuxəstəliklər, təbii fəlakətlər, ilan və həşarat sancması, otdan vəyemdən zəhərlənmə, vəhşi heyvanların hücumu və sair hallardansığortalamaq mümkündür. Bu hallar nəticəsində dəymişzərərləri Aqrar Sığorta Fondu qarşılayır. 

Yerli sakinlərə xatırladılıb ki, Qarabağın iqlimi mürəkkəb vətəbiət hadisələri ilə zəngindir, bu hadisələrin zərərindənqorunmaq üçün təsərrüfatları sığortalamaq vacibdir, bunun üçünsadəcə Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə mürciətetmək kifayətdir. 

Olduqca səmimi şəraitdə keçən görüşdə yerli sakinlər aqrarsığortaya böyük maraq göstərib, onları maraqlandıran sual vətəklifləri səsləndiriblər. Bütün suallar ətraflı cavablandırılıb, fermerlərə ətraflı izahat verilib. 

Sonda yerli sakinlər və Aqrar Sığorta Fondunun Qarabağmüharibəsi iştirakçısı olan qazi əməkdaşı Vüqar Kərimovun iştirakı ilə xatirə şəkli çəkilib, sakinlərə hədiyyələr təqdimedilib. 

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri vətarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-ninsosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi iləəlaqə saxlamaqla əldə etmək olar.