 
                    Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Mərkəzi Klinika birgə məlumat yayıb.
Bildirilib ki, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 3 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunan pasiyentə beyin ölümü diaqnozunun qoyulması barədə məlumat daxil olub.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən dərhal orqan donorluğu ilə transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib.
Beyin ölümü diaqnozu təsdiqləndikdən sonra mərhumun ailəsi yüksək humanizm nümunəsi göstərərək orqanları bağışlamağa razılıq verib. Bununla da, Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürəyi transplantasiya edilib.
Ürək transplantasiyası əməliyyatı Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslı tibbi heyət tərəfindən yüksək peşəkarlıqla icra olunub. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.
 Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəsisələrdəki yeniliklər təqdim olunub
                                
                                    
                                    
                                
                                
                                
                                    Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəsisələrdəki yeniliklər təqdim olunub 
                                 Masallıda “Konstitusiya və Suverenlik ili” çərçivəsində növbəti seminar keçirilib
                                
                                    
                                    
                                
                                
                                
                                    Masallıda “Konstitusiya və Suverenlik ili” çərçivəsində növbəti seminar keçirilib