01 noyabr 2025 10:27
131

ABL: V turun daha iki oyunu baş tutacaq

Azərbaycan Basketbol Liqasında V turun növbəti matçları bu gün baş tutacaq.

“İki sahil” xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Əvvəlcə B qrupunda "Naxçıvan" "Quba" ilə üz-üzə gələcək. Görüş saat 14:00-da başlayacaq.

A qrupunda isə "Neftçi" NTD ilə qarşılaşacaq. Matçın start fiti saat 18:00-da səslənəcək.

Hər iki qarşılaşma Bakı İdman Sarayında təşkil olunacaq.

4 xalı olan "Neftçi" və NTD müvafiq olaraq 5-ci 6-cı yerlərdə qərarlaşıblar. "Naxçıvan" isə öz qrupunda 7 xalla ikinci, 4 xala malik "Quba" isə 6-cı yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Ordu" "Lənkəran"ı (91:76), "Sumqayıt" "Sərhədçi"ni (84:80), "Şəki" isə "Gəncə"ni (84:70) üstələyib.