“Çelsi” (İngiltərə) UEFA Çempionlar Liqasının 4-cü turunda “Qarabağ”la səfər oyunu ilə bağlı Ağdam təmsiçisinə rəsmi bildiriş göndərib
“İki sahil” xəbər verir ki, bu barədə “Qarabağ” məlumat yayıb.
Bildirişdə qeyd edilib ki, Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçda “Çelsi”ni 800 nəfər azarkeş dəstəkləyəcək.
Qeyd edək ki, “Qarabağ” “Çelsi”yə 1300 nəfərlik yer ayırmışdı.
Xatırladaq ki, “Qarabağ” - “Çelsi” matçı noyabrın 5-i, yerli vaxtla saat 21:45-də başlanacaq.
QOL.az
Muxtar Babayev: Azərbaycanda dağ və dırmanma idmanının inkişafı üçün əlimizdən gələni edirik
Azərbaycan və Özbəkistanın şahmat yığmaları arasında dünya çempionatına vəsiqə uğrunda görüşün açılışı olub